Tayvanlı gənc yeni rekorda imza atıb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib.
Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib.
Yanacaq çəninin həcmi uzun yol qət etməyə imkan verməyib.