Futbolçu axşam yeməyinə 500 min avro xərclədi -  VİDEO
26 iyun 2021 14:45 (UTC +04:00)

Futbolçu axşam yeməyinə 500 min avro xərclədi - VİDEO

Dortmundun “Borrusiya” klubunun və Norveç millisinin hücumçusi Erlinq Holand Yunanıstanın Mikonas adasında istirahəti zamanı külli mqdarda pul xərcələyib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Yunanıstan mediasının iddiasıan görə, 20 yaşlı futbolçu bir şam yeməyi üçün 500 min avro xərcləyib. Yemək 5-6 saat davam edib. 

Holandın dostları ilə şam yeməyinə gəldiyi bildirilir. Onlar yeməkdən əlavə hər birinin dəyəri 70 min avro olan 5 şüşə Cristal Vittage şampanı sifariş ediblərmiş. 

Bundan əlavə, norveçli qurumun işçilərinə 30 min avro məbləğində çaypulu verdiyi də bildirilir.

“YouTube”də yayılan videoda Holandın “Mançester Siti”nin əlcəzairli yarımmüdafiəçisi Riyad Mahrezlə birlikdə istirahət etdiyi də əks olunub. 

Holand “Borrusiya”da 2020-ci ilin yanvarından çıxış edir. Onun Almaniya klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub. Norveçli hücumçunun transfer dəyəri 130 milyon avro qiymətləndirilir. 


 

Futbolçu axşam yeməyinə 500 min avro xərclədi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25173
avatar

Oxşar yazılar