Nə qədər gözəl olsalar da, həyatlarının ən gözəl anı həbsxanada keçib. Bəziləri narkotik istifadəçisinə görə, bəziləri isə avtomobil qəzalarına səbəb olduqları üçün həbs olunublar.
Lent.az dünyanın ən gözəl məhbuslarını təqdim edir:
Meqan Simons
Bu gözəl qadın içkili halda avtomobil idarə etdiyinə görə həbs olunub. Fotosu sosial şəbəkələrdə yayılandan sonra məşhur olan qadın, hazırda həyatının ən gözəl çağını, şöhrət dolu günlərini yaşayır.
Cenifer Jensin
2011-ci ildə içkili halda avtomobil idarə edib. Qəzaya səbəb olan Jensin, həm də avtomobilinin sığortasını ödəmədiyi üçün həbs edilib. Hazırda Ceniferin harada və necə yaşadığı məlum deyil.
Veronika Rodriqez
2010-cu ildə spirtli içki qəbul edərək avtomobil idarə edib, onu saxlamaq istəyən polisə qarşı müqavimət göstərib. Bütün bunlar onun məhbus həyatına səbəb olub. Veronika cəzasını tam çəkib və indi qadın alt paltarının reklam edən model kimi fəaliyyət göstərir.
Lorena Tavera
Amerika əyalətlərinin birində gözəl seçilən Lorena 69 dollarlıq paltar oğurladığı üçün həbs olunub. Günahını sona qədər etiraf etməsə də, bu onun məhbus həyatına mane olmayıb. Sonra amnistiyaya düşən gözəl karyerasına qaldığı yerdən davam etdirir.
Katarin Dennis
Müxtəlif günahlar işlədən Dennis, spirtli içki qadağasına əməl etmədiyi üçün həyatının ən gözəl ilini həbsxanada yaşayıb. Həm də model olan qadının hazırda bir övladı var. Dennis ara-sıra filmlərə də çəkilir.
Lamiyə Quliyeva
27 yaşlı Lamiyə Quliyeva 2003-cü ildə keçmiş nişanlısı Vüqar Əliyevlə birgə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməklə ittiham olunub. Törətmiş olduğu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. Bundan başqa, istintaq təcridxanasının normal fəaliyyətini pozduğu üçün cəzası 5 il 6 ay müddətinə uzadılıb. 12 il həbs həyatı yaşayan Lamiyə Quliyevanın 2015-ci ildə həbsxanada övladı dünyaya gəlib. L.Quliyeva elə həmin il azadlığa buraxılıb. Onun hazırda Türkiyədə yaşadığı bildirilir.