Azərbaycanda qeyri-adi cinayət baş verib.
Lent.az-ın məlumatına görə, "Elgizlə izlə" verilişinə qonaq olan Rafiq adlı şəxs bildirib ki, dostunu öldürdüyü üçün bir qolunu kəsib, kənara atıb:
"Cavan idim, sevgilim var idi. Yaxın dostum var idi, onu özümə qardaş bilirdim. Qıza görə onunla aramızda böyük mübahisələr oldu. Dalaşdıq, əlimdə öldü. Ona görə də həmin qolumu kəsib atdım yerə".