Bakıda taksi sürücülərindən İYRƏNC HƏRƏKƏT:  Biri çay, biri ev təklif etdi - VİDEO
21 iyun 2025 12:50 (UTC +04:00)

Bakıda taksi sürücülərindən İYRƏNC HƏRƏKƏT: Biri çay, biri ev təklif etdi - VİDEO

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət etmələri və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Lent.az-a bildirib ki, bu kimi halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Yasamal və Xəzər rayonlarında iki taksi sürücüsünün hərəkətləri ilə bağlı araşdırma aparılmaqla “Toyota” markalı 90-YL-396, “Mercedes” markalı 77-UV-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

Diqqətə çatdırırıq ki, daxil olan hər bir müraciət üzrə müvafiq araşdırmalar aparılır, hüquq pozuntusuna yol verən sürücülər barəsində tədbirlər görülür. İctimai nəqliyyat və taksi sürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etikası qaydalarına əməl etməlidir.

Tövsiyə olunur ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26284

Oxşar yazılar

“Saçım yandı,  pulum getdi”  – Sosial media reklamlarının qurbanları danışır

“Saçım yandı, pulum getdi” – Sosial media reklamlarının qurbanları danışır

5 avqust 2025 , 10:20
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43