Piyada keçidindən istifadə edənləri minik avtomobili vurub.
Nəqliyyatın İntellektual İdarə Mərkəzindən Lent.az-a bildirilib ki, hadisə 2 gün əvvəl axşam saatlarında paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində baş verib.
Sürücülərdən xahiş edilir ki, yollarda piyada keçidi olduğunu bildirən nişanlara xüsusi diqqət yetirsinlər. Piyadalara isə tövsiyə olunur ki, piyada keçidləri olsa belə, sürücülər tərəfindən onlara yol veriləcəyinə əmin olduqdan sonra yolu keçsinlər. Hərəkət iştirakçıları yollarda ehtiyatlı olsalar, belə qəzaların sayı azalar.