Bakıda çimərlikdə ölümlə üzləşən qadın xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazidə 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 36 yaşlı vətəndaş dalğıclar tərəfindən xilas edilərək ailə üzvlərinə təhvil verilib.