Bakıda avtomobil belə alışıb yandı - VİDEO  - YENİLƏNİB
02 iyul 2021 14:05 (UTC +04:00)

Bakıda avtomobil belə alışıb yandı - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonundakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda “MAZ” markalı yük avtomobilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat: 13:40

Bakıda avtomobil yanıb.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Yanğın səbəbilə ərazidə tıxac müşahidə olunub.

Yanğın anı yaxınlıqdakı bina sakinləri tərəfindən telefonla lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Bakıda avtomobil yandı

Bakıda avtomobil yanır

# 4467
avatar

Mehman Nəbiyev

Oxşar yazılar