Bakıda gənc ana körpəsi ilə birgə dilənçiliyə məcbur edilir.
Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Təşkilat sədri Lent.az-a açıqlamasında bildirib ki, hazırda qadın və uşaq tapılmayıb, axtarışlar davam edir:
“Görüntüləri mənə göndəriblər. Bu video Bakıda, "Xalqlar Dostluğu" metrostansiyası tərəfdə çəkilib. Oradakı mühafizəçinin sözlərinə görə, hər gün bir kişi bu ananı və körpəsini gətirib bura qoyur. Onlar da gəlib-gedəndən pul dilənir. Hazırda axtarışlar gedir. Çalışırıq qadın və körpəni tapaq”.