Bakıda AĞIR QƏZA:  ölən var - VİDEO  - YENİLƏNİB
30 iyun 2023 16:27 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: ölən var - VİDEO - YENİLƏNİB

Xocasən yolundakı qəzada ölənin adı məlum olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb.

Həmçinin “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***
Saat: 13:37

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu Xocasən yolunda baş verib. "Ford Tranzit"lə toqquşan minik maşını yolkənarına düşüb.

Qəza nəticəsində bir nəfər həlak olub.

# 4782
avatar

Oxşar yazılar