Uşaqların  diş müalicəsi   nə vaxt başlaya bilər?
11 dekabr 2023 18:13 (UTC +04:00)

Uşaqların diş müalicəsi nə vaxt başlaya bilər?

Stomatoloq Veronika Myaqçenkova uşaqların üçün diş müalicəsi üçün ideal yaşı açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, bəzi qidaların istehlakı uşaqda diş problemlərinin yaranmasına səbəb ola bilər. 

Onun sözlərinə görə, bir çox valideynlər hesab edir ki, süd dişlərini müalicə etməyə ehtiyac yoxdur, çünki onsuz da tez düşəcəklər:

“Uşaqların dişlərinin sağlamlığına maksimum məsuliyyətlə yanaşmaq lazımdır. Süd dişlərinə necə qulluq edəcəyinizi dəqiq bilmək vacibdir, çünki uşağın böyüməsi həmişə çoxlu vitamin tələb edir və bu dişlər yemək çeynəmək üçün lazımdır. Uşaq yeməyini nə qədər yaxşı və hərtərəfli çeynəsə, bir o qədər çox vitamin alacaq. Bu, onun normal inkişafı üçün çox vacibdir. Nə qədər ki, körpə ana südü ilə qidalanır, dişləri bir o qədər sağlam olacaq.

Dişlər zəif qorunursa, xəstəlik ehtimalı artır. Diş toxumaları tam formalaşana qədər daim kariyes təhlükəsi var. 5-14 yaşdakı uşaqları bu mənada ən təhlükəli hesab etmək olar. Bu yaşlarda uşaqların dişləri ən intensiv şəkildə dəyişir. Süd dişlərinin zədələnməsi təhlükəlidir, çünki bu, çox ciddi infeksiya mənbəyidir. Bu, bir sıra xroniki xəstəliklərə, qidalanma pozğunluğuna və mədə problemlərinə səbəb ola bilər.

Altı aydan bir uşaq stomatoloquna müraciət etməlisiniz. Narahatlığa səbəb olmasa belə, ilk dişlərin göründüyü andan profilaktika aparılmalıdır. Kariyes vaxtında fərq edilməzsə, zaman keçdikcə daha da pisləşə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5226
avatar

Arzu Qurbanlı

Oxşar yazılar