DİQQƏT!  Bu qidalar uşaqlarda piylənməyə səbəb olur
29 avqust 2023 19:51 (UTC +04:00)

DİQQƏT! Bu qidalar uşaqlarda piylənməyə səbəb olur

Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə, qeyri-kafi yuxu və stress, ürək xəstəlikləri daha çox rast gəlinir. Uşaq kardioloqu Sinem Altunyuva Usta uşaqlarda ürəyi təhdid edən düzgün qidalanmama vərdişlərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, bu gün valideynlər uşaqlarına süni dadlandırıcılar və əlavələrlə asanlıqla hazırlana bilən qablaşdırılmış və işlənmiş qidalar verir.

Onun sözlərinə görə, elə məhz bu səbəbdən uşaqlarda piylənmə kimi xroniki xəstəliklərə daha tez-tez rast gəlinir:

“Araşdırmalara görə, dünyada 5-17 yaş arası uşaqların təxminən 20-25 faizində artıq çəki və ya piylənmə problemi var. Piylənmə isə birbaşa ürək-damar xəstəliklərinə meyllidir. Qablaşdırılmış desertlər, dondurmalar, tərkibində yüksək miqdarda şəkər olan qazlı içkilər, soyuq çaylar, rəngli və meyvəli südlər, konfetlər, peçenye kimi qəlyanaltılar metabolik sindromun və ürək-damar xəstəliklərinin inkişafını asanlaşdıra bilər. Bu səbəbdən də uşaqların bu cür qidalara meyl göstərməsinin qarşısını almaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Arzu Qurbanlı

Oxşar yazılar