Mütəxəssislər ağlayan körpəni sakitləşdirməyin ən yaxşı üsulunu tapıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, körpənin qucaqda beş-səkkiz dəqiqə gəzdirmək tövsiyə olunur.
Aparılan araşdırmalar nəticəsində qucaqda gəzdirməyə başlayandan 30 saniyə sonra ağlamasının azaldığı və körpənin ürək döyüntülərinin yavaşladığı müəyyən edilib.
Məlum olub ki, bu üsul yalnız ağlamağı dayandırmır, həm də körpənin asanlıqla yuxuya getməsinə kömək olur.