Ukraynanın Zaporojye vilayətində “Zaporojets” markalı avtomobillərin istehsalı bərpa oluna bilər.
Lent.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində regionun Qanunvericilik Məclisinin sədri Viktor Emelianenko bildirib.
"Eyni və ya fərqli adda müasir “Zaporojye” avtomobillərinin istehsalı Zaporojye Avtomobil Zavodunun yerləşdiyi eyniadlı şəhərin ərazisi azad edildikdən sonra bərpa edilməlidir", - siyasətçi bildirib.
Viktor Emelianenkonun sözlərinə görə, Zaporojyedə yerləşən “AvtoVAZ” zavodu Zaporojets avtomobilləri istehsal edə bilər. Müəssisədə avtomobillərdən mikroavtobuslara qədər avtomobillərin yığılmasına imkan verən konveyer var.
Siyasətçi onu da əlavə edib ki, yenilənmiş “Zaporojets”in adı dəyişdirilə bilər.
Emelianenko qeyd edib ki, əvvəllər avtomobillər üçün mühərriklər Melitopol şəhərində istehsal olunurdu. Orada motor zavodu var idi, sonradan o, gəlir gətirmədiyi üçün bağlanıb.