Yeni sürücülər üçün ən yaxşı avtomobillər hansılardır? –  Mütəxəssislərdən siyahı
25 sentyabr 2024 03:58 (UTC +04:00)

Yeni sürücülər üçün ən yaxşı avtomobillər hansılardır? – Mütəxəssislərdən siyahı

Avtomobil seçərkən təcrübəsiz sürücülər B sinifli modellərə, eləcə də krossoverlərə diqqət yetirməlidirlər.

Lent.az xəbər verir ki, təcrübəsi olmayan sürücülər bir çox hallarda ilk avtomobilin alınmasında yanılır və ilk avtomobili təcrübədən keçirdikdən sonra ikinci seçimi düzgün etməyə nail olurlar.

Məhz bu səbəbdən təcrübəsiz sürücülərə hər zaman onlaya uyğun avtomobillər məsləhət görmək lazımdır. Mütəxəssislərin fikrincə B sinifindən olan avtomobillərə gəldikdə, bunlara “Hyundai Accent”, “Kia Rio”, “Volkswagen Polo”, “Lada Granta” kimi avtomobilləri misal göstərmək olar.

Adları sadalanan avtomobillər həm təmir baxımından ucuz, həm də dözümlülük baxımdan öz sözünü demiş modellərdir.

Yeri gəlmişkən əgər sonradan təmirə pul xərcləmək istəmirsinizsə o zaman avtomobil almaq üçün büdcəni maksimum artırmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3864
avatar

Oxşar yazılar