Yeni avtomobil akkumulyatoru - 5 dəqiqəyə doldur, 200 km sür
01 oktyabr 2024 00:28 (UTC +04:00)

Yeni avtomobil akkumulyatoru - 5 dəqiqəyə doldur, 200 km sür

Çinin CATL və SAIC-GM şirkətləri dünyanın ən sürətli doldurulan elektrik avtomobil akkumulyatorunu təqdim ediblər.

Lent.az xəbər verir ki, yeni akkumulyator cəmi 5 dəqiqəlik şarjla 200 kilometrdən çox məsafə qət edə bilir.

Bu inkişaf, elektrikli nəqliyyat vasitələrinin doldurulma müddətləri ilə bağlı ən böyük narahatlıqlardan birini aradan qaldırır və onları daxili yanma mühərrikli nəqliyyat vasitələri ilə rəqabət edə biləcək səviyyəyə gətirir.

General Motors-un Çin birgə müəssisəsi SAIC-GM və akkumulyator şirkəti CATL tərəfindən hazırlanmış və Litium Dəmir Fosfat (LFP) strukturuna əsaslanan bu batareya gələn ildən General Motorsun 900 voltluq Ultium platformasında istifadə edilməyə başlayacaq.

“Golden Battary” akkumulyatoru 10,5 dəqiqə ərzində 10 faizdən 80 faiz doldurula bilir. Bununla belə, SAIC-GM və CATL şirkətləri tərəfindən hazırlanmış yeni akkumulyator bu vaxtı 10 dəqiqədən də aşağı salmaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360
avatar

Oxşar yazılar