Yeni ağıllı saat təqdim olundu - QİYMƏT
14 avqust 2024 13:55 (UTC +04:00)

Yeni ağıllı saat təqdim olundu - QİYMƏT

"Motorola" şirkəti Moto Watch 120 adlı yeni smart saatını təqdim edib. Sözügedən yeni smart saat öz qiymət kateqoriyasında geniş funksionallığı təklif edir. Beləliklə Moto Watch 120 smart saatı 1.43 düym ölçülü AMOLED ekranla təchiz olunub və ekran Always-on-Display funksiyasını dəstəkləyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, smart saatın gövdəsi metal materialdan hazırlanıb və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Moto Watch 120 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir. Bununla yanaşı smart saat 100-dən çox idman rejimini dəstəkləyir. Moto Watch 120 özündə 300 mAh enerji tutumlu batareyanı birləşdirir. Onun sayəsində smart saat 10 gün ərzində çalışa bilər. Digər özəlliklər siyahısında mikrofon, səsgücləndiricilər, GPS və Bluetooth 5.3 dəstəyi var. Moto Watch 120-ni artıq Amazon üzərindən 120$-a sifariş etmək mümkündür.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar