“Xiaomi” gələn ilin birinci yarısında tamamilə düyməsiz smartfon təqdim etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, şirkətin istehsal etdiyi həmin smartfonun artıq ilk fotosu intenetdə yayılıb.
Şirkətin gələn il bazara çıxması gözlənilən düyməsiz smartfonu artıq kifayət qədər səs-küyə səbəb olub.
Smartfonların inkişafı ilə düymələr kiçilərək ekranlara inteqrasiya olunmuşdu. “Xiaomi” isə bu tendensiyanı bir addım da irəli aparmağı və tamamilə düyməsiz smartfon təcrübəsi təqdim etməyi hədəfləyir.
Əldə edilən məlumata görə, “Xiaomi”nin ilk düyməsiz smartfonunda “Snapdragon 8 Gen 2” prosessorundan əlavə ekran altı kamera və 200W sürətli şarj dəstəyi olacaq.