“Xiaomi” SU7 Ultra satışa bu tarixdə çıxacaq - FOTO
29 iyul 2024 05:24 (UTC +04:00)

“Xiaomi” SU7 Ultra satışa bu tarixdə çıxacaq - FOTO

Son aylarda elektrikli avtomobil bazarına daxil olan “Xiaomi” şirkəti SU7 Ultra adlı yeni elektrikli idman avtomobilini təqdim etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, “Xiaomi” keçən ilin sonunda keçirdiyi tədbirdə maraqla gözlənilən elektrik avtomobilini təqdim etmişdi.

Kupe elektrik avtomobili üç fərqli versiyada təqdim olunurdu ki, bunlar da SU7, SU7 Pro və SU7 Max modelləri idi.

İlk elektrik avtomobilinə olan güclü tələb “Xiaomi”ni həvəsləndirdi və şirkət bu yaxınlarda “superkar”ı təqdim etdi.

“Xiaomi”nin qurucusu və baş direktoru Lei Jun, elektrik superkarının 2025-ci ilin birinci yarısında istehsala girəcəyini və dərhal sonra satışa çıxarılacağını açıqlayıb.

“Xiaomi” SU7 Ultra 27200 fırlanma sürətinə çata bilən iki “HyperEngine V8s” elektrik mühərriki ilə təchiz olunub.

Bu mühərrik də öz növbəsində 1548 at gücünə malikdir və avtomobilə 1,97 saniyəyə 0-dan 100-ə qədər sürəti əldə etməyə imkan verir.

Maksimal sürətinin saatda 350 km olduğu deyilən avtomobilin qiyməti hələ ki açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar