Xiaomi Google servislərindən imtina edir
04 fevral 2021 09:38 (UTC +04:00)

Xiaomi Google servislərindən imtina edir

Bir müddət əvvəl ABŞ Çin şirkətlərinə qarşı embarqolar tətbiq etməyə başlamışdı.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın embarqoları şirkətlərin yalnız Çin daxilində fəaliyyətə məcbur edirdi. İndi isə Çin şirkətləri ABŞ servislərini əngəlləməyə başlayır. Belə ki, Xiaomi MİUİ 12.5 yenilənməsi ilə Google Mobil Servislərinə dəstəyini dayandırdı. Yenilənmə ilə şirkət bu xidmətlərin Çin istifadəçiləri tərəfindən quraşdırılmasını əngəllədi. Xiaomi qərarın səbəbinin uyğunluq məsələləri olduğunu bildirir. 

Hələ ki, yalnız Çin istifadəçiləri üçün tətbiq edilən əngəlin Google üçün nə qədər əhəmiyyətli olacağı bəlli deyil. Çünki Çinli istifadəçilər zatən Google servislərini istifadə etmirdilər. Buna baxmayaraq Google öz servislərinin istifadəsini bütün Xiaomi modellərində əngəlləsə, Çin-ABŞ texno-müharibəsi yenidən alovlanacaq.

Xiaomi yeni qərarın qlobal versiyalı telefonlara tətbiq ediləcəyinə dair bir açıqlama verməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar