Gəncədə oğlunu öldürən ata  saxlanıldı, daha bir nəfərin yaralandığı məlum oldu-YENİLƏNİB
11 oktyabr 2026 23:58 (UTC +04:00)

Gəncədə oğlunu öldürən ata saxlanıldı, daha bir nəfərin yaralandığı məlum oldu-YENİLƏNİB

0

Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub.

Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığı məlum olub. Belə ki, 1984-cü il təvəllüdlü A. Həsənov da bıçaqlanıb.

Xatırladaq ki, Gəncədə 36 yaşlı R. Həsənov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, R. Həsənov atası O. Həsənov tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



***
22:27

Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, R. Həsənovu atası O. Həsənov bıçaqlayıb.

Ağır yaralanan kişi xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 974

Oxşar yazılar