Epilepsiya dərmanı oynaqların bərpasına  kömək edə bilər
12 oktyabr 2026 02:38 (UTC +04:00)

Epilepsiya dərmanı oynaqların bərpasına kömək edə bilər

0

 

ABŞ alimləri epilepsiyanın müalicəsində istifadə olunan preparatın oynaq xəstəlikləri üçün də potensial faydasını müəyyən ediblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Yel Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Lakozamid adlı dərmanın ağrı siqnallarında və qığırdaq toxumasının zədələnməsində iştirak edən zülalın fəaliyyətini zəiflədə bildiyi müəyyən edilib.

Klinikadan əvvəlki təcrübələr preparatın qığırdaq toxumasının bərpasına kömək edə biləcəyini göstərib. Lakin osteoartritin bu dərmanla insanlarda müalicəsi hələ təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar