Tesla model 3-ün rəqibi, yeni BYD Seal  təqdim edildi
13 avqust 2024 00:52 (UTC +04:00)

Tesla model 3-ün rəqibi, yeni BYD Seal təqdim edildi

BYD Seal, modelinin yeni versiyasını təqdim edib və o Tesla Model 3 ilə rəqabət aparacaq.

Lent.az xəbər verir ki, elektrikli avtomobillər üçün xüsusi olaraq hazırlanmış yeni BYD e-Platform 3.0 üzərində hazırlanmış BYD-nin Seal modeli yenilənib.

Gözəl dizaynı, güclü performansı və sərfəli qiyməti ilə diqqət çəkən BYD Seal yaxın zamanlarda satışa çıxarılacaq.

Məlumata görə avtomobilin standart, uzun məsafəli, ağıllı sürücülük və dörd təkərli ağıllı sürücülük versiyaları olmaqla dörd fərqli versiyası var

Avtomobil yüksək səviyyəli dörd təkəri də çəkən versiyasında 530 at gücü təklif edir. Digər versiyalar isə 228 və 308 at gücünə malikdir.

Maksimal sürəti 240 km/saat olaraq açıqlanan avtomobil 0-dan 100-ə 3,8 saniyəyə çata bilir.

2025 BYD Seal istifadəçilərini 2 fərqli batareya variantı ilə qarşılayacaq: 61,4 və 80,64 kW/saat. Modeldən asılı olaraq məsafə 510 km ilə 650 km arasında dəyişir.

Yeni BYD Seal Çində 24 500 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb. Avtomobilin ən güclü versiyasının qiyməti təxminən 33 min 400 dollardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar