Tesla avtomobillərində böyük problem - Anidən kapot açıla bilər
31 iyul 2024 04:56 (UTC +04:00)

Tesla avtomobillərində böyük problem - Anidən kapot açıla bilər

Tesla, avtomobilin kapotunun açılmasına və sürücülərin baxışına mane ola biləcək proqram probleminə görə ABŞ-da 1,8 milyondan çox avtomobili geri çağıracaq.

Lent.az dünyanın ən zəngin insanlarından biri olan İlon Maska məxsus ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, istifadəçilərini narahat edəcək xəbərlərlə gündəmə gəlib.

ABŞ Milli Avtomobil Yolları Yol Təhlükəsizliyi İdarəsindən verilən açıqlamada, sözügedən qərarın 2021-2024-cü illər arasında istehsal edilən Model 3, Model S, Model X və Model Y avtomobillərini əhatə etdiyi bildirilib.

Məlumatda həmçinin bildirilir ki, avtomobillərdə kapotun qəfik açılması proqram təminatındakı problemə görədir və bu problem kapotun tamamilə açılaraq sürücünün görmə qabiliyyətinə mane ola bilər və qəza riskini artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3774
avatar

Oxşar yazılar