“SpaceX” yük gəmisini kosmosa göndərə bilmədi
03 avqust 2024 21:35 (UTC +04:00)

“SpaceX” yük gəmisini kosmosa göndərə bilmədi

ABŞ-ın "SpaceX" şirkəti Beynəlxalq Kosmik Stansiyada (BKS) ehtiyatları artırmalı olan “Cygnus” yük gəmisi ilə birlikdə “Falcon 9” daşıyıcı raketinin buraxılışını əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salıb.

Lent.az xəbər verir ki, bu barədə şirkətin “X”-dəki səhifəsində dərc olunmuş məlumatda deyilir.

Qeyd olunur ki, buraxılış şənbə günü ABŞ-ın Şərqi Sahil vaxtı ilə saat 11:29-da Kanaveral burnundakı (Florida) kosmodromdan baş tutmalı idi.

“SpaceX” Əlverişsiz hava şəraiti ilə əlaqədar “Cygnus” yük gəmisinin buraxılışını bir gün təxirə salıb", - deyə məlumatda deyilir. Buraxılışın bazar günü baş tutması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar