Smsungdan yenilik – “Galaxy Note”  geri dönür
21 avqust 2024 05:23 (UTC +04:00)

Smsungdan yenilik – “Galaxy Note” geri dönür

İddiaya görə, Samsung “Galaxy S25” və ya “Galaxy S26” seriyasında Ultra modeli əvəzinə “Note” adından istifadə edəcək.

Lent.az xəbər verir ki, Samsung, son illərdə çox yaxşı satış rəqəmləri olan “Galaxy Note” modellərini çıxararaq bu seriyanı “Galaxy S” ilə birləşdirmişdi.

Şirkət seriyadakı Ultra modellərinə qələm funksiyası əlavə edərək istifadəçilərə “Galaxy Note”u bu adla satırdı.

Bu yaxınlarda mətbuata sızdırılan məlumata görə Cənubi Koreya şirkəti qarşıdan gələn “Galaxy S25” və ya “S26” seriyası üçün ad dəyişikliyi edə bilər.

İddialara görə, Samsung “Galaxy S25” və ya “S26 Ultra” modelinə yeni bir ad verməyi düşünür və bu modelin “Galaxy S25 Note” ola bilər.

Seriyadakı “Galaxy S25+” və ya “S26+” modeli isə “Pro” adlandırıla bilər.

Samsungun “Ultra” əvəzinə “Note” adını seçib-seçməyəcəyi hələlik yekun qərar deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345
avatar

Oxşar yazılar