Samsung səbəbindən "iPhone"lər bahalaşa bilər
19 dekabr 2025 16:40 (UTC +04:00)

Samsung səbəbindən "iPhone"lər bahalaşa bilər

0

Samsung korporasiyası yaddaş modullarının qiymətlərini artırmağı planlaşdırır və bu səbəbdən iPhone modelləri bahalaşa bilər.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, Samsung və SK Hynix Apple üçün yaddaş modullarının əsas iki təchizatçısıdır. ABŞ-ın IT nəhəngi hər iki şirkətlə uzunmüddətli müqavilələrə malikdir və bu müqavilələr 2026-cı ildə yenilənməlidir.

Mütəxəssislərin fikrincə, süni intellektə (AI) olan yüksək tələbat və yaddaş çatışmazlığı fonunda Samsung müqaviləni öz xeyrinə olan şərtlərlə bağlamağa çalışacaq. Apple smartfonlarının 2026-cı ildə bahalaşması ehtimalı yüksəkdir və bu prosesdə Samsung-un rolu az olmayacaq.

Müəlliflər bildiriblər ki, Cənubi Koreya korporasiyasında smartfon istehsalı və yaddaş istehsalına fərqli bölmələr cavabdehdir və onlar hələlik mikrosxemlərin qiyməti ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar