Samsung, məşhur brendi olan “Galaxy” telefonları üçün 500MP kamera sensoru hazırlayıb.
Lent.az xəbər verir ki, “Apple”ın da “iPhone 18” seriyası üçün yeni nəsil 3 qatlı görüntü sensorları hazırladığı bildirilir.
“Sony” tərəfindən istehsal edilən görüntü sensorları uzun illərdir “iPhone” modellərində istifadə olunur.
Buna baxmayaraq “Apple” “iPhone 18” seriyası ilə Samsung sensorlarına keçə bilər.
Samsung tərəfindən “Apple” üçün hazırlanmış 3 qatlı yığılmış sensor aşağı işıqda daha sürətli şəkil çəkməyə imkan verir.
Təkmilləşdirilmiş rəng dəqiqliyi də təmin edilən bu sensorlar “iPhone 18” seriyasındakı 48MP geniş bucaqlı kameralarda istifadə olunacaq.
2026-cı ilin sentyabrında təqdim edilməsi gözlənilən “iPhone 18” Samsungun yeni nəsil görüntü sensorları ilə mobil fotoqrafiyada yeni standart təyin edə bilər.