Samsung Galaxy S25 UItranın dizaynı sızdırıldı - FOTO
18 sentyabr 2024 00:54 (UTC +04:00)

Samsung Galaxy S25 UItranın dizaynı sızdırıldı - FOTO

Samsungun yeni flaqman telefonu olan Galaxy S25 Ultranın təqdimatı yaxınlaşdıqca, sızmalar və şayiələr də çoxalır. 

Lent.az xəbər verir ki, Samsung Galaxy S25 Ultranın sızdırılmış render şəkilləri 2025-ci il flaqmanının necə görünəcəyinə dair təsəvvür yaradır.

S25 Ultranın gələn ilin əvvəlində təqdim ediləcəyi və satışa çıxarılacağı gözlənilir.

Sızdırılan şəkillər Galaxy S25 Ultranın künclərinin daha yuvarlaq və düz kənarlarla işlənib hazırlandığını göstərir.

Yeni məlumata görə, telefonun ekran ölçüsü 6,8 düym olaraq qalacaq. Ekran çərçivəsinin qalınlığı haqqında isə məlumat yoxdur.

S25 Ultra-nın kamera dizaynının Galaxy Z Fold 6-ya bənzəyəcəyi iddia olunur.

İddialara görə, Samsung Galaxy S25 Ultra 256 GB yaddaş və 12 GB RAM və 512 GB/1 TB yaddaş və 16 GB RAM variantları ilə satışa çıxarılacaq.

“Snapdragon 8 Gen 4” prosessoruna sahib olacağı gözlənilən telefonun arxa tərəfində 200 MP əsas kamera və 50 MP qabaq kamera olacaq. Hələlik digər kameralar haqqında çox məlumat yoxdur.

Nəhayət, Galaxy S25 Ultranın sələfi kimi 5000 mAh batareya və 45 Vt sürətli enerji doldurma xüsusiyyəti ilə gələcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793
avatar

Oxşar yazılar