Peyk müəmmalı şəkildə KOSMOSDA  parçalandı
24 oktyabr 2024 03:22 (UTC +04:00)

Peyk müəmmalı şəkildə KOSMOSDA parçalandı

Lüksemburq peyk operatoru “Intelsat”a məxsus rabitə peyki olan “Intelsat 33e” müəmmalı şəkildə orbitdə parçalanıb.

Lent.az xəbər verir ki, Avropa, Afrika, Yaxın Şərq, Asiya və Avstraliyada istifadəçilərə xidmət göstərən “Intelsat 33e” ekvator ətrafında geostasionar orbitdə, Hind okeanından təxminən 35 000 km yüksəklikdə yerləşirdi.

Oktyabrın 20-də peykin qəfil enerji itkisi yaşadığı və qısa müddət sonra parçalandığı bildirilir. ABŞ Kosmik Qüvvələri peykin ən azı 20 hissəyə bölündüyünü təsdiqləyib.

“Intelsat 33e”nin parçalanmasına nəyin səbəb olduğu hələ ki aydın deyil. Bununla belə, peyklərin keçmişdə günəş aktivliyi, qəsdən məhv olma və təsadüfi toqquşmalar kimi səbəblərdən itdiyi məlumdur.

Peykin gözləniləndən daha çox yanacaq sərf etdiyi və missiyasının 2027-ci ildə başa çatacağı təxmin edilirdi.

“Intelsat 33e”nin parçalanması Yer orbitindəki kosmik tullantıların miqdarını daha da artırıb. Avropa Kosmik Agentliyinin hesablamalarına görə, orbitdə 10 sm-dən böyük 40 000-dən çox və 1 sm-dən kiçik 130 milyondan çox zibil var. Bu zibillər aktiv peyklər və kosmik gəmilər üçün böyük təhlükə yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Oxşar yazılar