"Telegram" yeni funksiyalar təqdim etməyə hazırlaşır ki, bu da tərtibatçılara yeni növ proqramlar və oyunlar yaratmağa imkan verəcək.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, "Telegram"ın təsisçisi Pavel Durov yenilənmələrin noyabr ayında işə salınacağını vurğulayıb.
Bu, istifadəçilər üçün yeni imkanlar açan əhəmiyyətli bir yeniləmədir. 2024-cü ilin noyabrında messencerə əlavə olunacaq funksiyalar bunlardır:
• Oyunlar və proqramlar üçün tam ekran rejimi;
• Əsas ekrana Mini Proqramlar qısa yollarının əlavə edilməsi;
• Telegram Stars üçün abunə tarifləri;
• İstifadəçi icazəsi ilə tətbiqin geolokasiyaya girişi;
• Cihazın oriyentasiyası məlumatları;
• Emoji statusuna giriş;
• Media fayllarının mübadiləsi;
• Hədiyyə mübadiləsi;
• Mesajlaşma limitinin uzadılması;
• Monetizasiya.