Çində bir kişi həyat yoldaşını görüntülü zəng zamanı izləyərkən onun yanında başqa kişinin olduğunu görüb. Ər baş verənləri telefonun ekranına yazıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdən kənarda işləyən kişi həyat yoldaşı ilə görüntülü danışarkən qadın yorulub yuxuya gedib.
Zəngin açıq qaldığını bilməyən qadın yatmağa davam edib. Bir müddət sonra telefondan başqa kişinin səsi eşidilib. Kişi ekrana baxanda başqa bir şəxsin yatağa girərək həyat yoldaşına sarıldığını görüb. O, həmin anları ekran qeydinə alıb.
Məlumata görə, kişi hadisədən axşam saatlarında evdə uşaqlarına baxarkən xəbər tutub. O, həyat yoldaşının yatdığı görüntüləri izləmək istəyib, lakin gözləmədiyi mənzərə ilə qarşılaşıb.