“Nokia” fanatı telefon kolleksiyası  yığdı – Rekord qırdı
19 avqust 2024 18:45 (UTC +04:00)

“Nokia” fanatı telefon kolleksiyası yığdı – Rekord qırdı

İspaniyalı “Nokia” fanatı Vens Palau Fernandes 3615 modeldən ibarət ən böyük mobil telefon kolleksiyasını toplayaraq Ginnesin Rekordlar Kitabına düşüb. 

Lent.az xəbər verir ki, bundan əvvəlki rekord 2023-cü ildə rumıniyalı Andrey Bilbi Argentis tərəfindən edilmişdi. Onun kolleksiyası isə 3456 telefondan ibarət idi. 

Vens Palau Fernandez smartfonları Barselonadakı mənzilində saxlayır. O, 2008-ci ildə “Nokia” kolleksiyasını toplamağa başlayıb. 2018-ci ilə qədər onun sərəncamında bu markanın 700 telefonu var idi və Fernandez onu digər markaların qadcetləri və “Nokia”nın heç vaxt satışa çıxarmadığı cihazların prototipləri ilə doldurmağa qərar verib. Bu gün onun kolleksiyasına “Siemens”, “NEC”, “Motorola”, “Blackberry”, “Samsung”, “HTC”, “Apple” və bir çox başqa şirkətlərin telefonları daxildir. Onların arasında eksklüziv və nadir modellər var.

Bəzi qadcetlər “Nokia 3220” kimi məhdud sayda istehsal eidlən cihazlardır. Fernandezin “Yoda”, “Starfighter”, “Obi-Wan Kenobi”, “Cyborg” və “Padawan” xüsusiyyətləri olan telefonları var.

Fernandes kolleksiyasını natamam hesab edir və onu genişləndirməyi planlaşdırır. Buna baxmayaraq, o, kolleksiyanı artıq muzey adlandırır. Çünki “Nokia” 1000-dən çox telefon modeli buraxıb və artıq şirkətin 700-ə yaxın qadcetinə malikdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Sevinc Fərid

Oxşar yazılar