Niyə  telefon işlədilmədikdə  belə sarj istifadə olunur? – SƏBƏB
05 sentyabr 2024 09:48 (UTC +04:00)

Niyə telefon işlədilmədikdə belə sarj istifadə olunur? – SƏBƏB

Bir çox istifadəçi mobil telefonunun tez boşalmasından şikayətlənir.

Lent.az xəbər verir ki, telefonun istifadə olunmadığı və ekranının qaranlıq olduğu dövrlərdə belə batareya səviyyəsinin kifayət qədər tez aşağı düşdüyü hallar olur.

Niyə qadcet yalnız aktiv istifadə zamanı deyil, həm də "hərəkətsizlik" rejimində boşalır?

Bu xoşagəlməz vəziyyət üçün bir neçə mümkün izahat var.

Batareya problemləri

Batareya yaxşı vəziyyətdə olmaya bilər. Ola bilər ki, onun tutumu ciddi şəkildə aşağı düşüb. Bu səbəbdən batareya şarjı yaxşı saxlamır. Və ya batareya fiziki olaraq zədələnmiş ola bilər. Hər iki halda, yalnız bir çıxış yolu var - batareyanın dəyişdirilməsi.

Temperatur dəyişiklikləri

Smartfonlar həm çox aşağı, həm də həddindən artıq yüksək temperaturlara zəif “reaksiya” verir.

Telefonunuzu soyuqda istifadə etməməyə çalışın və cihazı qızdırılan səthlərdə qoymayın.

Eyni anda bir neçə funksiyanın işlədilməsi 

Batareyanın tez tükənməsinin səbəbi Bluetooth, GPS və Wi-Fi-nin eyni vaxtda işləməsi ola bilər. Telefonunuzun yükünü artırmayın. Yuxarıda göstərilən funksiyaları istifadəni bitirdikdən dərhal sonra söndürün.

Viruslar

Zərərli proqram səbəbindən qadcetin tez boşalması mümkündür. Etibarlı antivirusdan istifadə etməyi unutmayın.

Fon proqramlarının işləməsi

Çox sayda proqramın "arxa planda" işləməsi də batareyanın sürətlə boşalmasına kömək edə bilər. Lazımsız proqramları silməyi unutmayın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Sevinc Fərid

Oxşar yazılar