“Netflix” bu “iPhone”ları dəstəkləməyi dayandırır – Siyahı
14 sentyabr 2024 06:14 (UTC +04:00)

“Netflix” bu “iPhone”ları dəstəkləməyi dayandırır – Siyahı

“Netflix”, bəzi köhnə “iPhone” modellərini yeniləmə ilə təmin etməyəcəyini və bununla da artıq platformasında işləməyəcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu qərar milyonlarla istifadəçiyə məxsus cihazların artıq “Netflix”dən istifadə edə bilməyəcəyi anlamına gəlir.

“Netflix” iOS 16 və iPadOS 16 ilə çalışan köhnə cihazlara dəstəyi dayandıracağını açıqlayıb.

Bundan sonra “Netflix” tətbiqi iOS 17 və ya daha yeni versiya tələb edəcək.

“Netflix”in texniki dəstəyi dayandıracağı cihazlar arasında “iPhone 8”, “iPhone 8 Plus”, “iPhone X”, orijinal “iPad Pro” və 5-ci nəsil “iPad” var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar