NASA və Nokia razılığa gəldilər: Ayda nternet olacaq
30 avqust 2024 00:41 (UTC +04:00)

NASA və Nokia razılığa gəldilər: Ayda nternet olacaq

Ayın səthində kosmonavtlar üçün fasiləsiz rabitə və məlumat ötürülməsini təmin etmək üçün Nokia-nın 4G texnologiyasından istifadə ediləcək.

Lent.az xəbər verir ki, bir vaxtlar əfsanəvi telefon istehsalçısı olan Nokia indi 5G texnologiyasına böyük sərmayələr qoyur.

Nokia 2020-ci ildə NASA-dan 14,1 milyon dollar maliyyə alıb. Nokia 4G LTE texnologiyasını NASA-nın Artemis III missiyasında istifadə olunacaq yeni nəsil skafandrlara inteqrasiya etmək üçün “Axiom Space” ilə əməkdaşlıq edir.

Bu yenilik 2026-cı ildə Ay səthinə missiya zamanı kosmonavtların daimi şəbəkə əlaqəsinə malik olmasını təmin edəcək.

Müqaviləyə əsasən, “Axiom Space”in “Extravehicular Mobility Unit” (AxEMU) skafandrları Nokia-nın 4G LTE texnologiyası ilə təchiz olunacaq.

İnternet bağlantısı sayəsində kosmonavtlar Ayın səthində bir neçə kilometr məsafədə real vaxt rejimində HD video çəkmə, səsli rabitə və telemetriya məlumatlarını ötürə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar