Microsoftun Çin bazarındakı mağazaları ilə bağlı YENİ QƏRARI
04 iyul 2024 17:58 (UTC +04:00)

Microsoftun Çin bazarındakı mağazaları ilə bağlı YENİ QƏRARI

Texnologiya nəhəngi Microsoft, Çin bazarındakı bütün fiziki mağazalarını rəsmən bağlayıb. Məşhur şirkət, Çindəki bütün satışları bölgədəki satış tərəfdaşlarına və onlayn mağazalara buraxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal bazarda yaşanan dəyişikliklər və strategiya fərqliliklərdən sonra Microsoft, Çindəki fiziki mağazalar əvəzinə onlayn satış kanallarına diqqət yetirməyə qərar verib. Çin daxilində bütün fiziki mağazalarını bağlayan şirkət, proqram təminatı və bulud xidmətləri kimi digər sahələrdə Çində fəaliyyətini davam etdirəcək. Bu mənada qeyd etməliyik ki, Microsoft Çin və Asiya bazarlarından tam çəkilməyib.

Microsoft, Çin bazarına ilk addımını 1992-ci ildə atıb. O vaxtdan bəri şirkət, Windows əməliyyat sistemi və Office proqram dəsti kimi məhsulları ilə Çində əhəmiyyətli bazar payı qazanıb. Lakin son illərdə Çin hökumətinin yerli texnologiya şirkətlərinə dəstək siyasəti və rəqabəti gücləndirməsi Microsoft-un bazardakı mövqeyini çətinləşdirib. Lakin onu da əlavə etməliyik ki, bu qərar Çinə xas deyil. Microsoft, 2020-ci ildə qlobal miqyasda bir çox pərakəndə mağazalarını bağlamaq qərarına gəlib. Şirkət, rəqəmsal satış kanallarına və bulud xidmətlərinə diqqət yetirmək strategiyasını qəbul edib. Çində mağazaların bağlanması bu qlobal strategiyanın bir hissəsi kimi qəbul edilir. Bu mənada yeni dövrdə bir neçə fərqli ölkədə fiziki mağazalar bağlana bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar