Microsoft və OpenAI yeni strateji əməkdaşlıq sazişi imzalayıb
Microsoft və ChatGPT platformasının yaradıcısı OpenAI uzunmüddətli əməkdaşlıq haqqında yeni saziş imzaladıqlarını açıqlayıblar.
Saziş çərçivəsində OpenAI-nin kommersiya bölməsi ictimai fayda güdən korporasiyaya (Public Benefit Corporation, PBC) çevriləcək və şirkətin rekapitalizasiyası həyata keçiriləcək.
Bundan sonra Microsoft OpenAI Group PBC-nin 27% payına sahib olacaq. Bu payın dəyəri təxminən 135 milyard dollar olaraq qiymətləndirilir.
Sazişə əsasən, Microsoft Azure platforması vasitəsilə yaradılan OpenAI məhsullarına, o cümlədən Azure API alətləri əsasında hazırlanmış sistemlərə eksklüziv hüquqları qoruyub saxlayacaq.