Microsoft-un “ən böyük səhvi”  açıqlandı: Kompüterlərdəki bu düymə köhnəlib
17 avqust 2026 15:56 (UTC +04:00)

Microsoft-un “ən böyük səhvi” açıqlandı: Kompüterlərdəki bu düymə köhnəlib

0

“Microsoft”un Windows 11 kompüterlərinin klaviaturasına ayrıca “Copilot” düyməsi əlavə etməsi uğursuz qərar adlandırılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Lenovo”, HP və digər istehsalçılar cihazlarını süni intellekt xidmətini açan bu düymə ilə təchiz etməli olublar. Lakin “Microsoft” sonradan “Copilot”un yeni versiyasını təqdim edərək xidmətin loqosunu dəyişib.

Nəticədə əvvəl alınmış kompüterlərin klaviaturasında köhnə nişan qalıb. Həmin düymə yeni “Copilot Super” əvəzinə adi “Copilot” tətbiqini işə salır. İstifadəçilərin narazılığından sonra şirkət düyməyə başqa funksiyalar təyin etməyə icazə verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar