Meta 375 milyon dollar  cərimələndi
26 mart 2026 22:48 (UTC +04:00)

Meta 375 milyon dollar cərimələndi

0

ABŞ məhkəməsi “Facebook” və “İnstagram”ın ana şirkəti olan Metanı 375 milyon dollar məbləğində cərimələyib.

Lent.az xəbər verir ki, cərimənin şirkətin uşaqların təhlükəsizliyi ilə bağlı tədbirləri barədə istifadəçiləri çaşdırdığına görə tətbiq olunduğu bildirilir.

Məhkəmə Metanın öz platformalarında uşaqlarla bağlı təhlükəsizlik tədbirləri barədə yanlış ifadələr işlətdiyinə və istehlakçıların hüquqlarının müdafiəsi qanununu pozduğu səbəbilə cərimələyib.

Qərarda Metanın uşaqların cinsi istismarı riskləri və onun əqli sağlamlığa təsiri barədə malik olduğu məlumatları gizlətdiyi, yanlış ifadələr işlətdiyi və uşaqların həssaslığından kommersiya məqsədləri üçün istifadə etdiyi iddiaları qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar