Kosmosa balonla səyahət - İlk sınaq uçuşu həyata keçirildi  -FOTO
04 iyul 2024 07:31 (UTC +04:00)

Kosmosa balonla səyahət - İlk sınaq uçuşu həyata keçirildi -FOTO

Kosmik turizm şirkəti “Space Perspective” insanları Yerdən 32 kilometr hündürlüyə qaldıracaq hava şarınıninşasını tamamlayaraq ilk sınaq uçuşunu həyata keçirib.

Lent.az xəbər verir ki, Kosmos həvəskarlarını sevindirən səyahətin qiyməti 125 min dollar olaraq müəyyən edilib və uçuşların bu ilin sonunda başlaması planlaşdırılır.

Həyəcan axtaranlar indi 125 min dollar dəyərində bilet alaraq nəhəng bir şarda kosmosun ucqar nöqtələrinə səyahət edə biləcəklər.

Şirkət həmçinin vurğulayıb ki, raketlərdən fərqli olaraq, onların inşa etdiyi kapsullar yerdən daha yavaş və daha yumşaq şəkildə ayrılacaq.

Kosmosa səfərin altı saat çəkəcəyi bildirilir. Kapsulun daxili hissəsi həm geniş, həm də rahatdır və 8 müştəri ilə bir kapitanı daşıyacaq.

Kapsulda bar, Wi-Fi və sərnişinlər üçün tualet olacaq. Sərnişinlər kapsulun içərisində olarkən Yerin 360 dərəcə mənzərəsindən həzz ala biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Oxşar yazılar