Kiberhücumlar artır: Ümumi zərər 267 milyarda çatdı
29 avqust 2024 20:45 (UTC +04:00)

Kiberhücumlar artır: Ümumi zərər 267 milyarda çatdı

Koronavirus səbəbiylə internetdən istifadənin artması kiberhücumların da artmasına səbəb olub.

APA xəbər verir ki, xüsusilə 2020-ci ildə kiberhücumların sayında əhəmiyyətli dərəcədə artım qeydə alınmışdı.

Koronavirusla birlikdə artan kiberhücumlar bu gün də intensiv şəkildə artmağa davam edir. Üstəlik, bu hücumların sənayeyə vurduğu ziyan milyardlarla dollara çatır.

Almaniyanın informasiya, kommunikasiya və yeni media sektorlarının çətir təşkilatı olan BITKOM-un 1000 şirkətlə keçirdiyi kiber hücumlar sorğusunun nəticələri açıqlanıb.

BITKOM-un sorğusuna görə, alman şirkətlərinə edilən kiberhücumların ümumi zərəri son 12 ayda əvvəlki ilə nisbətən 29 % artaraq 266,6 milyard avroya çatıb.

Kiberhücuma məruz qalan şirkətlərin 70 faizi hücumu mütəşəkkil cinayətlə əlaqələndirdiyi halda, 45 faizi ən azı bir hücumun Çindən olduğunu bildirib. Almaniya şirkətlərinə edilən kiberhücumlarda Rusiya 39 faizlə ikinci yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Oxşar yazılar