İyul ayında ala biləcəyiniz 10 smartfon
18 iyul 2024 13:32 (UTC +04:00)

İyul ayında ala biləcəyiniz 10 smartfon

İyul ayında alınması tövsiyə olunan on smartfonun siyahısı tərtib olunub. 

Lent.az xəbər verir ki, siyahının ilk pilləsində təxminən 130 dollara Full HD+ təsvir ölçüsünə və 120 Hz tezliyə malik IPS ekran, MediaTek Helio G99 çipi, 8/128 GB yaddaş, 64 MP əsas kamera, stereodinamiklər təklif edən “Infinix Note 30” gəlir. 

Ondan sonra qiyməti təxminən 125 dollar olan “Samsung Galaxy A25” gəlir. Qurğu 50, 8 və 2 MP-lik üçlü kamera, özünün Exynos 1280 çipi, 120 Hz tezliyə malik parlaq AMOLED ekran və stereodinamiklərlə təchiz edilib. Bu modelin yeganə çatışmazlıqları ekranın ətrafında "qalın" bir çərçivənin olması və daxili yaddaşın olmamasıdır.

Təxminən 220 dollarlıq bir büdcəyə IP67 suya və toza davamlı, Dimensity 1080 çipi, “Galaxy A25”dən bir qədər yaxşı kameralar, o cümlədən 4K video dəstəyi ilə 13 meqapiksellik selfi kamerası təklif edən “Samsung Galaxy A34” ala bilərsiniz.

Dördüncü yeri 120 Hz təsvir və 1200 nit parlaqlığa malik 1,5K AMOLED ekrana malik Poco X6 tutub. Smartfon həmçinin 67 Vt sürətli enerji doldurma dəstəyi ilə 5100 mAh batareya, stereodinamiklər, güclü Snapdragon 7s Gen 2 çipi, 8/256 GB yaddaş və 64, 8 və 2 MP-lik üçlü kamera əldə edib. Bu modelin qiyməti təxminən 255 dollardır.

Onun ardınca 305 dollardan başlayan “Poco X6 Pro” gəlir. O, bir çox cəhətdən əsas modelə bənzəyir, lakin daha güclü Dimensity 8300 Ultra prosessoru və ultra sürətli UFS 4.0 yaddaşına malikdir.

Siyahıya həmçinin “Tecno Camon 30 Pro” (təxminən 358 dollar), Realme GT 6T (430 dollar), “Huawei P60” (457 dollar), “iPhone 15” və “iPhone 15 Pro” da daxildir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8844
avatar

Sevinc Fərid

Oxşar yazılar