İlon Mask "Optimus" robotlarını   təqdim etdi
13 oktyabr 2024 04:14 (UTC +04:00)

İlon Mask "Optimus" robotlarını təqdim etdi

Teslanın CEO-su İlon Musk ev işlərində insanlara kömək edəcək "Optimus" robotlarını təqdim edib.

Lent.az xəbər verir ki, 20-30 min dollar qiymətə təklif olunacaq robotlar sadə tapşırıqları və ev işlərini yerinə yetirə biləcək.

Mask robotların milyonlarla evə xidmət etmək potensialını bildirib. Lakin bu hadisə sosial mediada narahatlıq yaradıb. İstifadəçilər robotların gələcəkdə bəşəriyyət üçün təhlükə ola biləcəyi barədə xəbərdarlıq ediblər. Mask süni intellektin sürətlə inkişaf etdiyini və yaxın gələcəkdə insanları keçə biləcəyini proqnozlaşdırıb.

Maskın ev işlərində kömək etmək üçün nəzərdə tutulmuş 30 min dollarlıq “Optimus” robotlarını təqdim etməsi elmi fantastika həvəskarları arasında "Mən, Robotam" filmi ilə müqayisələrə səbəb olub.

Mask bu robotların içki vermək, itinizi gəzdirmək, qazon biçə bilmək, alış-veriş edə bilmək, hətta insanla dost ola bilmək kimi sadə vəzifələri yerinə yetirə bilmək bacarığından danışıb.

Digər tərəfdən Mask süni intellektin sürətlə inkişaf etdiyini vurğulayaraq gələn ilin sonuna qədər süni intellektin insanları ötə biləcəyini və beş il ərzində “hissiyyatlı” süni intellektin insanların sayından çox ola biləcəyini proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar