“Huawei” ilk dəfə üç yerə qatlanan modelin  şəkillərini paylaşdı
10 sentyabr 2024 04:46 (UTC +04:00)

“Huawei” ilk dəfə üç yerə qatlanan modelin şəkillərini paylaşdı

“Huawei” şirkəti üç yerə qatlanan smartfonun rəsmi şəkillərini paylaşıb.

Lent.az xəbər verir ki, şirkətin "Mate XT" olaraq adlandırdığı telefonun dizaynını rəsmi olaraq təqdim edilib.

Şirkətin açıqlamalarına görə, telefon ultra-premium hiss təqdim edəcək və istifadəçilərə unikal təcrübə bəxş edəcək.

“Huawei”in paylaşımına görə, “Mate XT” rəsmi olaraq sentyabrın 10-da keçiriləcək tədbirdə elan ediləcək.

Bu tədbir çərçivəsində telefonun bütün texniki xüsusiyyətləri və qiyməti açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Oxşar yazılar