Günün bu saatında telefonu doldurmayın – Təhlükəlidir
29 avqust 2024 10:53 (UTC +04:00)

Günün bu saatında telefonu doldurmayın – Təhlükəlidir

Bir çox insanlar mobil telefonlarını gecələr doldurmağa öyrəşiblər.

Lent.az xəbər verir ki, bu yanaşma çox təhlükəlidir. Mütəxəssislər bildirir ki, telefonu səhər və ya günortadan sonra doldurmaq lazımdır. 

Həmçinin, yatmazdan əvvəl vaxtınız varsa, qadceti axşam doldura bilərsiniz. Ancaq onu gecə yatarkən elektrik şəbəkəsinə qoşulu saxlamaq olmaz. 

Çünki bu zaman telefonun həddindən artıq qızması və alışması mümkündür. İkinci səbəb batareyanın aşınmasıdır. Smartfon axşam saat 22:00-dan səhər 6-7-yə kimi doldurulur. Bu isə çox uzun vaxtdır. Bu zaman batareya həddindən artıq gərginlik altında qalır.

Nəticədə, batareya tutumunu itirəcək və sarjı uzun zaman saxlaya bilməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Sevinc Fərid

Oxşar yazılar