“Google”dan kritik xəbərdarlıq: Telefonunuzda bu funksiyanı deaktiv edin
30 iyun 2025 01:25 (UTC +04:00)

“Google”dan kritik xəbərdarlıq: Telefonunuzda bu funksiyanı deaktiv edin

“Google”, kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hücum üsuluna qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.

Lent.az xəbər verir ki, kibercinayətkarlar bu proqram mobil operatorların təhlükəsizlik filtrlərini keçərək birbaşa telefonunuzdakı məlumatlara çatırlar.

Bu hücumlar saxta mobil qüllələr kimi fəaliyyət göstərən “SMS Blasters” adlı cihazlar vasitəsilə həyata keçirilir.

Hücumçular bu cihazlardan bütün telefonları birbaşa onlara qoşmaq üçün istifadə edirlər.

“Google” bildirir ki, bu hücumlar mobil rabitə standartlarının zəif cəhətlərindən, xüsusən də 2G şəbəkələrindəki təhlükəsizlik boşluqlarından istifadə edir.

Şirkətə görə, mobil istifadəçinin özünü bu hücumlardan qorumaq üçün atacağı ilk və ən vacib addım telefonunda 2G bağlantısını söndürməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar