Samsung, “Galaxy S26” seriyasının növbəti nəsil süni intellekt, yeni çipset və yeni kamera sensorlarına sahib olacağını təsdiqləyib.
Lent.az xəbər verir ki, Samsung, aylardır davam edən məlumat sızmalarından sonra “Galaxy S26” seriyası haqqında ilk rəsmi məlumatı paylaşıb.
Bildirilib ki, gələn flaqman seriyası əhəmiyyətli dərəcədə yenilənəcək.
Şirkətin vitse-prezidenti Daniel Araujo smartfonların şirkətin öz ikinci nəsil çipseti ilə təchiz ediləcəyini deyib.
2nm prosesə əsaslanan bu çipsetin “Qualcomm”un 3nm “Snapdragon” çipinə daha yaxın performans göstərməsi gözlənilir.
Şirkət rəhbəri həmçinin seriyaya yeni kamera sensorlarının daxil olacağını təsdiqləyib.
Ultra modelinin 3x telefoto kamerası üçün 10MP-dən 12MP-ə qədər orta ölçülü artımı gözlənilir.