“Facebook” “Taliban”a qadağa qoydu
17 avqust 2021 16:10 (UTC +04:00)

“Facebook” “Taliban”a qadağa qoydu

“Facebook”  “Taliban”a aid hesabları və onu dəstəkləyən paylaşımları qadağan etdiyini bildirib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə “Facebook” sözçüsü BBC-yə müsahibəsində məlumat verib.

Müsahibədə bildirilib ki, “Taliban” ABŞ qanunlarına görə terror təşkilatı sayılır və belə təhlükəli qrupların bizim şirkət xidmətlərimizdən istifadəsinə  icazə verilməyəcək.

Dövlətlərin tanınması ilə bağlı qərar vermədiklərini vurğulayan sözçü, “beynəlxalq ictimaiyyətin nüfuzuna” əməl etdiklərini qeyd edib.

Sözügedən qərarın “Instagram” və “Whatsapp” sosial şəbəkələrinə də aid olduğu bildirilib.

Qeyd edək ki, uzun illərdir “Taliban” mesajlarını yaymaq üçün sosial media platformalarından istifadə edir.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5247
avatar

Oxşar yazılar