Ən yaxşı şarj saxlayan telefon – “iPhone 15” və “Galaxy S23”  geridə qaldı
27 noyabr 2023 16:32 (UTC +04:00)

Ən yaxşı şarj saxlayan telefon – “iPhone 15” və “Galaxy S23” geridə qaldı

Ən yaxşı batareyaya malik telefonların siyahısı tərtib olunub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda birinci yerdəki telefon bazarda populyar olan “iPhone 15” və “Galaxy S23”ü geridə qoyub. 

Siyahının ilk onluğuna  həm bahalı flaqmanlar, həm də 300 dollardan aşağı büdcəli Android smartfonlar daxildir. Onların hamısı ən azı 12 saat davamlı aktiv istifadəyə tab gətirə bilir.

Mütəxəssislər qeyd edirlər ki, yüksək tutumlu akkumulyatorlar həmişə daha çox istifadə edilə bilmək qabiliyyəti demək deyil. Bu gün aparat və proqram təminatı arasında optimallaşdırma əsas rol oynayır. Bu səbəbdən, “S22 Ultra” ilə eyni batareya tutumuna sahib olan “Galaxy S23 Ultra”, yeni “Snapdragon 8 Gen 2” prosessoru sayəsində daha uzun müddət dayanır.

Ən yaxşı batareya ömrünə malik 10 telefon və şarj saxlama vaxtlarını təqdim edirik: 

Asus ROG Phone 7 Ultimate: 18 saat, 32 dəqiqə

Motorola Edge Plus (2023): 15 saat, 47 dəqiqə

Asus ROG Phone 6 Pro: 15 saat, 30 dəqiqə

iPhone 15 Plus: 14 saat, 14 dəqiqə

iPhone 15 Pro Max: 14 saat, 2 dəqiqə

iPhone 14 Pro Max: 13 saat, 39 dəqiqə

OnePlus Nord N300: 13 saat, 13 dəqiqə

Asus Zenfone 9: 13 saat, 13 dəqiqə

OnePlus 11: 13 saat, 10 dəqiqə

Moto G Play (2023): 12 saat, 54 dəqiqə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5997
avatar

Sevinc Fərid

Oxşar yazılar